Masallıda SHXÇDX rəisi Mürsəl İbrahimov vətəndaşları qəbul etdi

Masallıda SHXÇDX rəisi Mürsəl İbrahimov vətəndaşları qəbul etdi
  • Manşet / Sosial

  • 15 may 2024-cü il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşların qəbulunu keçirmişdir.

    Asiya.az xəbər verir ki, görüşdən əvvəl Xidmət rəisi Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədovla birgə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoymuş, əziz xatirəsi ehtiramla yad etmişlər.

    Görüşdə 29 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar şəhid və şəhid ailəsi statusunun verilməsi, SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, təkrar tibbi müayinəyə cəlb olunma, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və sair məsələlərlə bağlı müraciət ediblər.
    Xidmət rəisi görüşdə hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

    Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.



    PAYLAŞ:

    Oxşar xəbərlər