Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub

Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
  • Araşdırma / Siyasət

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub.

    Bu barədə Asiya.az-a Nazirlikdən xəbər verilib.
    Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə Sadiq Cabir oğlu Əliyev Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
    S.Əliyev 1984-cü ildə anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb.
    2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.
    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
    Ailəlidir, 3 övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər