![Bu tarixdən hava sərinləyəcək - Leysan, şimşək, dolu...](/uploads/posts/2024-06/1717678434_1717664432_yagisli_hava_0236.jpg)
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.