Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğularaq həyatını itirib - TƏFƏRRÜAT

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğularaq həyatını itirib - TƏFƏRRÜAT
  • Cəlilabad / Sosial

  • Cəlilabad rayonunda suda boğulma ilə bağlı bəzi təfərrüatlar məlum olub.

    Asiya.az report-a istinadən xəbər verir ki, rayonun Sabirabad kənd sakini, 2007-ci il təvəllüdlü Şükürov Həsən Aftandil oğlu dostları ilə birlikdə çimmək üçün Uzuntəpə kəndi ərazisində yerləşən "Karyer" adlandırılan su bəndinə gediblər.

    H.Şükürov birgə çimdiyi dostlarından bir az kənara üzüb. Bu zaman o su bəndində boğulub. Mərhumun meyiti yaxınlıqda yaşayan insanlar tərəfindən çıxarılıb.
    O, Uzuntəpə kəndində nənəsinin himayəsində yaşayırmış.
    Onun meyiti müayinə olunması üçün rayon morquna təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər