Oğuzun yeni icra başçısı kimdir?

Oğuzun yeni icra başçısı kimdir?
  • Siyasət / Araşdırma

  • Prezident İlham Əliyevin Sərəncamı ilə Cavid Teyrun oğlu Əbdul-Qədirov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Asiya.az-ın məlumatına görə, Cavid Əbdul-Qədirov bu təyinata kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıb.  

    Yeni icra başçısı 2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2018-2020-ci illərdə nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi olub.

    O, 2020-2021-ci illərdə nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Cavid Əbdul-Qədirov ingilis, rus dillərini sərbəst bilir.
    Ailəlidir, iki övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər