Otellərin saxta statistikası… “Gələnləri rəsmiləşdirmirlər” – İqtisadçı

Otellərin saxta statistikası… “Gələnləri rəsmiləşdirmirlər” – İqtisadçı
  • Siyasət / Araşdırma

  • Ölkə ərazisində 3-4-5 ulduzlu otellər 1 ildə, ortalama, 30% bahalaşıb – hökumət deyir ki, qiymət artımı dayanıb, inflyasiya azalıb, turizm sahəsində çalışanların maaşları artmayıb, yaxşı, nə baş verib ki, otellər 30% bahalaşıblar?! Ən qəribəsi isə bilirsiniz nədir?! Qiymətlər kəskin artıb, amma rəsmi rəqəmlərə görə otellərin doluluq səviyyəsi pis gündədir – bu ilin 1-ci rübündə Azərbaycan üzrə bütün otellərdə nömrələrin 82%-i boş qalıb! Doluluq səviyyəsi ölkə üzrə cəmi 18% olub!

    Tribunaonfo.az xəbər verir ki, bu fikirlərlə iqtisadçı Natiq Cəfərli çıxış edib. O bildirib ki, əgər bu rəqəmlər doğrudursa, o zaman otellərə gələn yoxdur, amma onlar qiyməti, ortalama, 30% qaldırıblar:
    “Ancaq məntiqlə tam tərsinə olmalı, qiymətləri salmalıdırlar ki, adamlar daha çox gəlsinlər.
    Yox əgər rəsmi rəqəmlər yanlışdırsa, otellər vətəndaşları qonaqlayır, amma rəsmiləşdirmirlərsə, o zaman “bir vaqon” nəzarətçi hökumət qurumları hara baxır, niyə göz yumurlar, nəyin müqabilində görməzdən gəlirlər?!”. Rəsmi məlumata görə, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 3 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 82,7 manat təşkil edib, bu keçən ilin eyni dövrü ilə müqaisədə 26,4%, 4 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 118,2 manat olub, bu ötən ilin eyni dövrü ilə müqayisədə 21,3%, 5 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 226,8 manat təşkil edib, bu ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 % bahalaşma deməkdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər