Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin doğum günüdür

Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin doğum günüdür
  • Cəmiyyət / Masallı

  • Bu gün, 16 avqust tarixində Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı şəhid İntiqam Bayram oğlu Əsgərlinin doğum günüdür. 

    İntiqam Əsgərli 1990-cı ildə Masallı rayonunun Viləş kəndində anadan olub.

    Aprel döyüşləri zamanı İntiqam Talış kəndi istiqamətində qardaşı gizir Nurlan Əsgərli ilə birlikdə savaşıb. Onlar döyüş meydanından şəhidlərimizin, həmçinin polkovnik Vüqar Yusifovun və polkovnik-leytenant Raquf Orucovun nəşini çıxarıblar. 4 aprel 2016-cı ildə gizir Nurlan Əsgərli şəhid olub və İntiqam Əsgərli onun nəşini özü döyüş meydanından çıxarıb.

    İntiqam Əsgərli Vətən müharibəsi zamanı 9 noyabr tarixində Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. 

    İntiqam Əsgərli “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Qüsursuz xidmətə görə”, “Azərbaycan Ordusunun 100 illiyi” medallarla təltif edilib. Ölümündən sonra isə o, “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” , “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
    Allah rəhmət etsin. 
    PAYLAŞ:

    Oxşar xəbərlər