Vaxtılə yaşamış 6 ən böyük canlının adı açıqlandı - FOTOLAR

Vaxtılə yaşamış 6 ən böyük canlının adı açıqlandı - FOTOLAR
  • Maraqlı

  • Alimlər Yer kürəsinin ən böyük canlılarının siyahısını müəyyən ediblər. 
     
    Asiya.az xəbər verir ki, onların sıralamasında vaxtılə yaşamış 6 ən böyük canlının adları yer alıb.
     
    Titanaboa - Müasir piton, insanların qohumu sayılır. O, 58-61 milyon il bundan öncə yaşayıb, uzunluğu 13 metrəyə çatıb.

    Meqalodon - 3-28 milyon il əvvəl yaşamış nəhəng akula növü idi. Megalodonun uzunluğu 20 metrə, çəkisi isə 47 tona çata bilərdi.

    Giqantopitek - Təxminən 1 milyon il əvvəl yaşayan ən böyük insanabənzər meymun olub. Alimlər hesab edirlər ki, onun boyu 3-4 m, çəkisi 300-550 kq olub, əsasən bambukla qidalanıb.

    Ketzalkoati - tarix boyu ən böyük pterozavr və ən böyük uçan heyvandır. 66-68 mln il əvvəl yaşamış heyvanın qanadlarının uzunluğu 12-15 metr olub. Leş və kiçik onurğalılarla qidalanıb.

    Evripterid - indiyədək məlum olan ən böyük buğumayaqlı olub. 248-510 milyon il əvvəl yaşamış bu canlı 2,5 metrə qədər böyüyə bilirmiş.

    Palaeoloksodon - nəsli kəsilmiş bu fil növü erkən pleystosendə Afrikada yaranmışdı. Bu heyvanın qalıqlarını tədqiq edən alimlərin fikrincə, onun hündürlüyü 5 metrə, çəkisi isə 20 tona çata bilərdi.

     
    PAYLAŞ:

    Oxşar xəbərlər