Lənkəranda qəzada piyada ağır xəsarət alıb

Lənkəranda qəzada piyada ağır xəsarət alıb
  • Hadisə / Lənkəran

  • Lənkəranda minik avtomobili 29 yaşlı piyadanı vurub.

    APA-nın cənub bürosunun verdiyi məlumata görə hadisə şəhərin dəniz kənarı ərazisində baş verib. "DAEWOO" markalı minik avtomobili hərəkətdə olarkən Astara rayonunun Kolatan kənd sakini 1995-ci il təvəllüdlü Anar Bəxtiyar oğlu Ağarzazadəni vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada, sürücü tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.
    Həkimlər yaralıya dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu qoyaraq, xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər.
    Hazırda A.Ağarzazadənin vəziyyəti ağır olaraq qalıb.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər