Astarada "Narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda məktəblilərlə görüş keçirilib

Astarada "Narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda məktəblilərlə görüş keçirilib
  • Sosial / Astara

  • Astarada Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 nömrəli, Pensər kənd 2 nömrəli və Rinə kənd tam orta məktəblərində "Narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda məktəblilərlə görüş təşkil olunub. 

    Asiya.az xəbər verir ki, Polis əməkdaşları və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin çıxışlarında sağlam cəmiyyətin varlığını təhdid edən narkomaniya ilə mübarizə sahəsində atılan qətiyyətli addımlardan danışılıb, erkən nikahların səbəb olduğu ağır nəticələrdən, bu kimi neqativ hallara qarşı görülən işlərdən söz açılıb.

    Məktəblilərlə görüşlərdə həmçinin, DİN-in Polis Akademiyasına qəbul barədə ətraflı məlumatlar verilib, məktəblilərin sualları cavablandırılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər