Masallıda avtomobillərdən atmosferə atılan zərərli tullantıların qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər keçirilib

Masallıda avtomobillərdən atmosferə atılan zərərli tullantıların qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər keçirilib
  • Sosial / Masallı

  • Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması istiqamətində Masallıda qabaqlayıcı tədbirlər həyata keçirilib.

    Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılan avtomobillər xüsusi cihaz vasitəsilə yoxlanılıb. Bir daha sürüclərin diqqətinə çatdırılıb ki, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilməlidir.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, profilaktik tədbirlər zamanı yol polisi əməkdaşları tərəfindən həmçinin, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edən, sərnişindaşıma və yükdaşıma qaydalarını pozan, avtomobillərə konstruksiya dəyişiklikləri edən və digər inzibati xətaya yol verən sürücülər aşkarlanaraq barələrində protokollar tərtib edilib. Ümumilikdə, son bir ay ərzində Masallı rayonu ərazisində yol patrul xidməti əməkdaşları tərəfindən 1100 inzibati xəta aşkarlanaraq qanunamüvafiq tədbirlər görülüb ki, həmin sürücülərdən 19-u nəqliyyat vasitəsini spirtli içki və ya narkotik vasitənin təsiri altında idarə edənlər olub.



    PAYLAŞ:

    Oxşar xəbərlər