Lerikdə "Təmiz hava" aylığı ilə bağlı tədbirlər keçirilib - FOTO

Lerikdə "Təmiz hava" aylığı ilə bağlı tədbirlər keçirilib - FOTO
  • Lerik / Sosial

  • Ətraf mühitin mühafizəsi sahəsində nəzarət tədbirlərinin artırılması məqsədilə Lerikdə "Təmiz hava" aylığı ilə bağlı tədbirlər keçirilib.

    Asiya.az xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə saxlanılan avtomobillər xüsusi cihaz vasitəsilə yoxlanılıb. Polis əməkdaşları tərəfindən sürücülərlə izahat işi aparılıb və bir daha diqqətə çatdırılıb ki, avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilməlidir. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin sürücüləri barəsində inzibati tənbeh tədbiri görülüb.




    PAYLAŞ:

    Oxşar xəbərlər