Lerikdə "Pikap" dərəyə aşıb, ölən və yaralananlar var - FOTO

Lerikdə "Pikap" dərəyə aşıb, ölən və yaralananlar var - FOTO
  • Lerik / Sosial

  • Lerikdə minik avtomobili dərəyə aşıb.

    Asiya.az-ın verdiyi məlumata görə bu səhər Lənkəran - Lerik yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə yolun 50 - ci km-də qeydə alınıb. Xalid Balaxan oğlu Şəfiyevin idarə etdiyi "Pikap" markalı nəqliyyat vasitəsi  hərəkətdə olarkən, yoldan çıxaraq təqribən 500 metr hündürlükdən dərəyə aşıb. Avtomobildə olan 4 nəfərdən biri hadisə yerində ölüb. Onun İsmayıllı rayon sakini olduğu bildirilir. 
    İlkin məlumata görə hadisəyə səbəb yolun qarlı və buzlu olduğu göstərilir. 
    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər