Məhərrəm Əliyev vəzifəsindən azad olunub

Məhərrəm Əliyev vəzifəsindən azad olunub
  • Siyasət

  • General-leytenant Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsindən azad olunub.

    Asiya.az xəbər verir ki, Prezident Administrasiyasının strukturunda edilmiş son dəyişikliklə Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidməti ləğv olunub.

    Bununla əlaqədar həmin xidmətin müdafiə məsələləri şöbəsi də avtomatik ləğv olunmuş, M. Əliyev isə şöbə müdiri vəzifəsini itirmiş sayılır.

    O, hələlik yeni təyinat almayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər