DSMF -in “növbə dələduzluğu” - Reabilitasiya, müalicə olunmaq da növbə ilədir

DSMF -in “növbə dələduzluğu” - Reabilitasiya, müalicə olunmaq da növbə ilədir
  • Araşdırma, İQTİSADİYYAT, Manşet

  • "Əlillərə növbədənkənar xidmət göstərilməsi həm yerli qanunvericiliyin, həm də BMT konvensiyasının tələbi olsa da, gerçəkdə bu tələbə əməl edən yoxdur. Hətta əlillərin sosial və hüquqi müdafiəsinə cavabdeh olan ƏƏSMN yanında DSMF-in sosial təminat, sosial xidmətlər, proqramlar sektoru əlilləri “növbə özbaşınalığına” uğradır".

    Asiya.az
    xəbər verir ki, bu barədə dia.az-a göndərilən məqalədə deyilir.

    Məqalə müəllifi daha sonra yazır: "Təsəvvür edin, maddi yardım üçün müraciət edən 1-ci dərəcəli əlil ailəsinə növbəlilik əsasında bayram tədbirlərində iştirak etmək üçün DSMF-in rayon şöbəsinə müraciət etmək tövsiyə edilir, 1-ci dərəcəli əlillər mənzillə növbədənkənar təmin olunmalı olduqları halda buna əməl edilmir, hətta məhkəmə qərarlarının da qüvvəyə mindikləri tarixdən yox, kefləri istəyəndə, ən tezi 10-12 ilə icra ediləcəyi bildirlir . Dəhşət burasındadır ki, ƏƏSMN -in yanında olan “Əlillərin bərpa mərkəzləri”ndə müalicə olunmaq da əlillərə nəsib olmur. Yenə də illərlə növbədə gözləmək tələb olunur. Halbuki, sözügedən mərkəzlərin palatalarında kimsəsizlik hökm sürür. Digər xidmətlərin növbəyə salınmasını birtəhər də olsa “udmaq olar” , axı, müalicənin növbəyə götürülməsi əlillərin ölümü ilə sonuclana bilər! Müalicədən söz düşmüşkən, Səhiyyə Nazirliyinin ƏƏSMN ilə birgə vətəndaşların respublikadan kənar müalicəsinin təşkili üzrə komissiyasının rəyini də DSMF-in tanımaması ciddi pozuntudur və hələ də bağlantılı qurumlar bu pozuntuya hüquqi qiymət verilməsini təmin etmir! (?) Təsəvvür edin, Səhiyyə Nazirliyi ilə ƏƏSMN -in birgə komissiyası əlillərin qrup halında Respublikadan kənar müalicəyə göndərilməsinin təşkil edilməsi barədə DSMF-ə arayış -rəy göndərib , Fondun direktor müavini Əminə Seyidzadə 3 ildir “NAZİRLİYİN (ƏƏSMN -red.) HEÇ BİR ÖLKƏ İLƏ MÜQAVİLƏ BAĞLAMADIĞINDAN ƏLİLLƏRİN XARİCDƏ MÜALİCƏSİNİN MÜMKÜN OLMADIĞINI “ bildirməkdən bezmir. Əlillər isə belə sosial ilişgidən bezib, hətta həyatlarından da məhrum olurlar. Əldə etdiyimiz məlumata görə, son çağlar Əminə Seyidzadə və həmkarları (idarəetmə aparatı o qədər şişirdilib ki, direktorun müavinlərinin sayı dördə çatıb) “valı dəyişib” , müalicə məsələləri ilə Səhiyyə Nazirliyinin məşğul olduğunu bildirirlər. Bunlar anlamır ki, xaricdə müalicəyə rəyi Səhiyyə Nazirliyinin və ƏƏSMN -in birgə komissiyası verir və komissiyanın rəyində müalicənin təşkilinin ƏƏSMN yanında DSMF-in üzərinə qoyulması əks olunub. Bir də ki, əlili müalicə olunmaq maraqlandırır, bunun dövlətin hansı qurumunun təşkil etməli olması yox!

    Yəqin ki, DSMF Prezidentin 26.08.1994 tarixli fərmanını da digər aktlar kimi xaricdə müalicəyə ehtiyacı olan əlillərdən gizlətmək yolu seçib . 26 ildir qüvvədə olan bu fərmanın icrasını daha neçə il gözləmək lazımdır ?! Bu 26 ildə ölən ölüb, qalanlar da növbələrini gözləyir. Ölüm növbələrini. Belə sosial siyasət ilə müalicə olunmaq ümidləri çoxdan ölüb!"

    İddia olunanlarla bağlı Asiya.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
    PAYLAŞ:

    Oxşar xəbərlər