Azərbaycanda iki vəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda iki vəzifəli şəxs işdən çıxarıldı
  • Sosial

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Kürdəmir və Abşeron rayon şöbələrinin müdiri işdən çıxarılıb.

    Asiya.az-ın report-a istinadən məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

    Əmrə əsasən, İlkin İbadulla oğlu İbrahimov DSMF-nin Kürdəmir rayon şöbəsinin sədri vəzifəsindən azad edilib və onun səlahiyyətlərinin icrası müvəqqəti olaraq həmin qurumun sosial mavinət sektorunun müdiri Hamil Hidayətova tapşırılıb.

    Bundan başqa, DSMF-nin Abşeron rayon şöbəsinin müdiri Coşqun Qasımov vəzifəsindən azad edilib və onun yerinə İlkin İbrahimov təyin olunub.

    Qeyd edək ki, bundan əvvəl DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsindən azad edilib və onların yerinə müvəqqəti təyinatlar olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər