Ehtiyatda olan polkovnik şəhid mayorun məzarını ziyarət etdi - FOTO

Ehtiyatda olan polkovnik şəhid mayorun məzarını ziyarət etdi - FOTO
  • Sosial

  • Bu gün Əfqanıstan və Qarabağ müharibəsi veteranı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Tovuz rayonunda düşmən hücumunun qarşısını alarkən şəhid olmuş mayor Anar Novruzovun məzarını ziyarət edib.

    Asiya.az
    xəbər verir ki, şəhid hərbçimizin məzarı ziyarət edən Cəlil Xəlilov şəhid mayorun döyüş şücayətindən danışaraq, onun əziz xatitəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd edib, xatirə lövhəsinə ürək sözlərini yazıb.

    Ehtiyatda olan polkovnik şəhidlərin Azərbaycan xalqının milli qürur və şərəf mənbəyi, baş tacı olduğunu, onların daim qəlblərdə yaşadığını, eyni zamanda, Azərbaycan dövləti tərəfindən şəhidlərin xatirəsinin əziz tutulduğunu, şəhid ailələrinin daim diqqətlə və qayğı ilə əhatə olunduğunu bildirib.

    Sonra Cəlil Xəlilov şəhid Anar Novruzovun məktəbli oğlu Nihat Novruzovun təhsili ilə maraqlanaraq ona öz tövsiyələrini verib.
    Asiya.az
    Ehtiyatda olan polkovnik şəhid mayorun məzarını ziyarət etdi - FOTO
    Ehtiyatda olan polkovnik şəhid mayorun məzarını ziyarət etdi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər