Canavarlar Masallının yaşayış məntəqəsinə hücum etdi – VİDEO

Canavarlar Masallının yaşayış məntəqəsinə hücum etdi – VİDEO
  • Araşdırma / Olay / Asiya TV

  • Masallı rayonunun Ərkivan qəsəbəsinə canavarlar hücum edib.

    Asiya.az
    xəbər verir ki, hadisə bir neçə gün öncə qəsəbənin Mahir Binyatov küçəsində baş verib. Sakinlər canavarlardan birinin video görüntüsünü telefonla çəkə biliblər. Xoşbəxtlikdən həmin vaxt küçədə heç kim olmayıb.

    Sakinlər bildirirlər ki, “Masallı Elektrik Şəbəkəsinin işçiləri 2017-ci ildə sözü gedən küçədə işıq dirəklərinə bərkidilmiş işıq plafonlarını çıxarıb aparıblar.
    Həmin vaxtdan bu küçə gecələr qaranlığa qərq olur. Küçənin bir hissəsi kolluq, dərə olduğu üçün sahibsiz itlər, yırtıcı heyvanlar oylağına çevrilib”.

    18 fevral 2021-ci il tarixində Asiya.az xəbər portalında sözü gedən küçə ilə bağlı“Oğlumun adı bu küçədən götürülsün..” – Masallıda şəhid anasını narazı salan kimlərdir?” başlıqlı məqalə dərc edilmişdi (Linkə daxil olaraq məqalə ilə tanış ola bilərsiniz).

    Həmin məqalədə şəhid anası Zeynəb Binyatova oğlunun adını daşıyan küçənin xaraba gündə olmasından gileylənirdi.

    Asiya.az-ın əməkdaşı bu gün yenidən şəhid anası ilə əlaqə saxlayıb. O, bildirdi ki, etdiyi şikayətdən 15 gün keçməsinə baxmayaraq nə Rayon İcra Hakimiyyətindən, nədə ki, Masallı Elektrik Şəbəkəsindən küçəyə baxış keçirən olmayıb.

    Hazırda qəsəbə sakinləri yırtıcı heyvanlara ov olmamaq üçün gecə saatlarında həmin küçədən istifadə etmirlər.
    Bu kabusun nə qədər çəkəcəyini isə heç kim bilmir..
    PAYLAŞ:

    Oxşar xəbərlər