Millət vəkili şəhid anası ilə görüşdü - FOTO

Millət vəkili şəhid anası ilə görüşdü - FOTO
  • Hərb

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu Düz Cırdaxan kənd sakini, Vətən Müharibəsinin şəhid Kamran Bayram oğlu Əsgərovun anası Leyla Əsgərova və qardaşı Vəli Əsgərovla Milli Məclisdə görüşüb.

    Asiya.az
    xəbər verir ki, millət vəkili şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:
    "Vətən Müharibəsində tarixi zəfərimiz münasibəti ilə Sizi bir daha təbrik edirəm! Bu zəfərin sevincini, fəxarət və qürurunu ən çox Siz şəhid ailələri haqq edirsiz!
    Kamran ailəli idi, bir qız, bir oğlu yadigar qalıb. onlar hər birimizin mənəvi övladıdır və ömrü boyu başı dik gəzəcək, qürurla yaşayacaqlar. Bu ömürlük şərəfi onlara şəhid ataları bəxş edib.
    Kamran Əsgərov 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı döyüşlərə könüllü olaraq qatılıb. O, oktyabrın 22-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarının gedişində hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Əsgərov "Vətən uğrunda" medalı ilə təltif edilib.
    Şəhid oğlunuzun əziz ruhunu rəhmətlə yad edir, ruhu qarşısında baş əyirik! Sizin kimi vətənpərvər ailələr cəmiyyətimiz üçün örnək təşkil edir. Xahiş edirəm, bizim salamlarımızı ailə üzvlərinizə, bütün doğmalarınıza çatdırasız"!

    Qənirə Paşayeva şəhidin ailə üzvlərinə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
    Millət vəkili şəhid anası ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər