Prezident: Ciddi struktur islahatları olacaq - HANSI MƏMURLAR GEDƏCƏK?

Prezident: Ciddi struktur islahatları olacaq - HANSI MƏMURLAR GEDƏCƏK?
  • Siyasət / Manşet

  • Azərbaycanda dövlət idarəetmə orqanlarında ciddi struktur islahatları gözlənilir.

    Asiya.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında bildirib.

    Onun sözlərinə görə, hazırki idarəetmə strukturu köhnəlib və yenilənməyə ehtiyac var:

    "İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib".

    Dövlət başçısının sözlərindən məlum olur ki, dövlət qurumlarında islahatlar işçilərin sayına da təsir edə bilər: "İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər".
    PAYLAŞ:

    Oxşar xəbərlər