Lənkəranda əmək yarmarkası keçiriləcək

Lənkəranda əmək yarmarkası keçiriləcək
  • Sosial / Lənkəran

  • Lənkəran-Astara Regional Məşğulluq filialının təşkilatçılığı ilə Lənkəran şəhərində əmək yarmarkası təşkil olunacaq. 

    Yarmarka Lənkəran şəhərinin Akademik Zərifə Əliyeva küçəsində yerləşən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsində 23 iyul saat 11:00-da baş tutacaq.

    Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
     
    Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər