DİN-dən Ağadadaş Ağayevin tanışını baltalaması ilə bağlı RƏSMİ AÇIQLAMA

DİN-dən Ağadadaş Ağayevin tanışını baltalaması ilə bağlı RƏSMİ AÇIQLAMA
  • Mədəniyyət

  • Xalq artisti Ağadadaş Ağayevin aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirməsi haqda informasiya yayılıb.

    DİN-in mətbuat xidmətindən Asiya.az-a məsələ ilə bağlı açıqlama verilib.
     
    Açıqlamada deyilir:
     
    "İyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb".
    PAYLAŞ:

    Oxşar xəbərlər