"Həbib Müntəzir başda olmaqla hər kəs üzr istəsin" - Qənirə Paşayeva

"Həbib Müntəzir başda olmaqla hər kəs üzr istəsin" - Qənirə Paşayeva
  • İqtisadiyyat / Manşet

  • Qənirə Paşayevadan mülklərinin siyahısının yayılmasına reaksiya...


    Milli Məclisin deputatı Qənirə Paşayeva araşdırmaçı jurnalist Həbib Müntəzirin onun biznesi ilə bağlı yaydığı siyahıya reaksiya verib.

    Asiya.az xəbər verir ki, deputat Həbib Müntəzirin onun və ailəsinin biznesi barəsində yaydığı siyahını yalan, böhtan adlandırıb: “Bütün hər kəsin diqqətinə! Xahiş edirem bu məlumatı oxuyun! Əziz dostlar bir azdan xaricdə oturub yalan sıyahılar yayan Həbib Müntəzir adlı yalançı və böhtançının güya mənim ve ailəmin biznesidir deyə yaydığı siyahı ilə bağlı daha geniş açıqlamam olacaq. Bütün müstəqil jurnalistləri çağırıram. O siyahıda Bakı şəhərində 3 otaqlı evdən və illərdir yaşadığım Masazır kəndindəki evimdən, hansıki bu evdə bir çox jurnalistlər olub hər kəs də gəlib baxa bilər. Burada çox insanlar yaşadığım evi tanıyır (dəbdəbəli villadan söhbət gede bilməz). O iki evdən başqa, siyahını araşdırın, görün kimlərə məxsusdır. Tam mesuliyyətlə deyirəm, o siyahadakı rayonlardakı bizneslerin, o cümlədən Tovuzda otelin mənə, qardaşlarıma, bacıma bir sözlə bizim ailəyə aidiyyatı yoxdur. Hansı jurnalist istəyirsə o siyahanı alıb araşdırsın, gerçəkləri ortaya çıxarsın. Görsünlər ki, həmin yerler kimindir və mənim ailəmlə ümumiyyətlə hər hansı bağlılığı varmı. Bunu araşdırmaq çox asandır”.

    Qənirə Paşayeva siyahı yayan Həbib Müntəzir başda olmaqla hər kəsin ondan üzr istəməsini gözlədiyini qeyd edib: “Amma başda bu yalan siyahını yayan yalançı ve böhtançı Həbib Müntəzir başda olmaqla bu yalanı yayanların hamısından cəmiyyət önündə məndən üzr istəmələrini gözləyirəm. Daha geniş açıqlama da olacaq. Yalanlara artıq yeter deməyin zamanıdır. Mən illərlə gecə-gündüz onun üçün çalışmıram ki, Həbib Müntəzir kimilərinin yalanları belə rahat yayılsın. Mən jurnalist kökənliyəm ve Həbib Müntəzir də siyası düşüncələrimdən dolayı, cənab Prezidenti dəstəklədiyimdən dolayı əleyhimə sosial mediada bu yalanları yayan trol ordusuna da cavab verməyə qabiliyyətim çox şükür çatır. Sadəcə onların yalanlarına cavab verməyə sərf etdiyim enerjini cəmiyyət üçün faydalı işlərə sərf etmək daha vacibdir.

    Xaricdə oturub yalan yaymaq asandır. Amma hər bir insan yalanlarına görə cavab verməlidir. O siyahıda şəhərdəki 3 otaqlı evimdən və Masazırdakı evimdən - bura həm də bağımdır( başqa yerdə bağım yoxdur) başqa nə varsa, əgər deyirsinizsə mənimdir, sizə bağışlayaram. Gedin, həmin yerə onda gerçəklər ortaya çıxacaq. Adama daha necə izah edərlər. Amma təssüf ki, Həbib Müntəzir kimilərinin dərdi gerçəyin ortaya çıxması deyil, yalanları yaymaqdır. Ona bu yalanlara görə heç cavab da verməyəcəkdım. Sadəcə yazdıqlarına hər hansı vətəndaşımız inana bilər deyə onlara, vətəndaşlarımıza sayğımdan yazdım. Çünki Müntəzirlər əslində bu yalanı məqsədli yayıb. Yazdığım bu yazını yayın, qoyun bütün insanlarımız yalan siyahı yayanları tanısın”.

    Qənirə Paşayeva sonda Həbib Müntəzirin yaydığı siyahını da paylaşıb.

    Bakı, Nəsimi rayonu, S.Əsgərova küç. ev 156 şəxsi mənzili

    Badamdar, Masazır, Şamaxı, Mehdiabadda dəbdəbəli villalar

    Kristal Abşeron yaşayış kompleksində mənzillər

    Sumqayıtda Qurd Dərəsi bağlarında böyük bir bağı

    Xudat meşəsində böyük bir ferması

    Siyəzəndə quşçuluq fabriki

    Qubada xüsusi sort ting qoz ağacı sahələri, alma bağları

    Qusar rayonunda hektarlarla fındıq bağları

    Xaçmaz rayonu, Maqsudkənd ərazisində findiq bağları

    Tovuz rayonunda dəbdəbəli hoteli və iri ferması

    Maştağa qəsəbəsi, "Savxoz" adlanan yerdə hektarlarla parniklər

    Sabirabadda hektarlarla qarpız sahələri

    Bakının Zirə kəndində istixanalar

    Salyan rayonu, Xələc kəndində böyük ərazidə üzüm bağları, sarımsaq sahələri

    Şabran, Xaçmaz, Tovuzda hektarlarla bağları

    Bakının Mehdiabad qəsəbəsində iri bir ferması

    Sumqayıt Texnologiya Parkı ilə üzbəüz zavodu

    Xudat istiqamətində hektarlarla gilas bağları

    Bakıda Əcəmi metrosunun çıxışında obyektləri

    Sumqayıtda "Turan" restoranlar şəbəkəsinə "krişalıq" etdiyi deyilir

    Sumqayıt-Novxanı-Binəqədi marşrutu ilə işləyən 985 nömrəli avtobus xətti

    Ələtdən üzü Salyana sağ tərəfdə, Şirvan kanalın sağında böyük bir balıq gölü

    Türkiyə, Gürcüstan, Monteneqro, Maltada biznesi, mənzil və obyektləri olduğu iddia olunur. (yenisabah)
    PAYLAŞ:

    Oxşar xəbərlər