Lerikdə "Sağlam gələcək naminə narkomaniyaya yox deyək!" mövzusunda görüş keçirilib

Lerikdə "Sağlam gələcək naminə narkomaniyaya yox deyək!" mövzusunda görüş keçirilib
  • Lerik / Sosial

  • Lerik Rayon Polis Şöbəsinin təçkilatçılığı ilə Vizəzəmin kənd tam orta məktəbində "Sağlam gələcək naminə narkomaniyaya yox deyək!" mövzusunda məktəblilərlə görüş keçirilib.

    Asiya.az xəbər verir ki, tədbirdə çıxış edən Lerik RPŞ-nin rəisi, polis polkovniki Ramil Mustafayev, RİH başçısının müavini Arzu Vəliməmmədova, Rayon Gənclər və İdman sektorunun müdiri Natiq İsaqov narkomaniyanın bütövlükdə bəşəriyyət üçün ağır bəla olması, gənclərin bu məhvedici xəstəliyə düçar olmaması üçün nələrə diqqət yetirmələri, narkotiklərə aludə olmağın nəticələri barədə geniş məlumat veriblər. Narkomaniyaya qarşı dövlətimiz, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən aparılan mübarizədən danışılıb. Bu sahədə müsbət irəliləyişin əldə olunması üçün, tədris müəssisələrində, ictimai yerlərdə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb. 
    Sonra müzakirə edilən mövzu ilə bağlı videoçarx nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər