Azərbaycanda Novruz tətili başlayıb

Azərbaycanda Novruz tətili başlayıb
  • Sosial / Manşet

  • Azərbaycanda Novruz bayramı münasibətilə bu gündən tətil başlayıb.

    Asiya.az
    -ın məlumatına görə, Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli qərarına əsasən, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür.

    Baş Nazir Əli Əsədovun bu il martın 12-də imzaladığı qərarla isə iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.

    Beləliklə, 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirildiyi və 28 mart şənbə gününə təsadüf etdiyi üçün Novruz bayramında 9 gün iş olmayacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər