“Hər kənd üzrə fəallardan ibarət xeyriyyə icmaları yaradılmalıdır” – Millət vəkili Anar İsgəndərovdan çağırış

“Hər kənd üzrə fəallardan ibarət xeyriyyə icmaları yaradılmalıdır” – Millət vəkili Anar İsgəndərovdan çağırış
  • Cəmiyyət / Manşet

  • 70 saylı Masallı kənd seçki dairəsindən millət vəkili seçilən Anar İsgəndərov koronavirus epidemiyasının yaratdığı çətinlikləri nəzərə alaraq Masallı sakinlərinə müraciət edib.

    Asiya.az həmin müraciəti təqdim edir:

    “Əziz seçicilərim!
    Sizi ürəkdən salamlayır və dünyanın bu təlatümlü günlərində hər birinizə səbrli və dözümlü olmağı arzulayıram.

    Seçki kampaniyası dövründə belə razılığa gəlmişdik ki, bu görüşlərimiz seçkidən sonra da mütəmadi davam edəcək. Amma çox təəssüflər olsun ki, dünyanı təhlükə altına alan koronavirus epidemiyası mənə bu addımları atmağa imkan vermədi.

    Karantinin bəzi qadağaları bu görüşləri təxirə salmağa məcbur etdi.

    Bilirəm, ərzaq çətinliyi yaşayan xeyli ailələrimiz var. Dövlət bu ailələrə əlindən gələn yardımı edir və edəcək. Buna heç kimin şübhəsi olmasın.
    Dünyanın, o cümlədən, xalqımızın tarixində bir neçə dəfə belə çətin imtahanlar olub. Mən əminəm ki, bizim birliyimiz bizi bu çətinlikdən qalib çıxaracaqdır. Rayon rəhbərliyi mövcüd çətinlikləri aradan qaldırmaq üçün bütün qurumları bu istiqamətdə səfərbər etməyə müvəffəq olmuşdur. Rayonun iş adamları, qeyri-hökumət və ictimai təşkilatları əlindən gələn yardımı göstərirlər. Hamınız bu xeyirxah əməllərinizə görə alqışa layiqsiniz.

    Mənə belə gəlir ki, karantinin təhlükəsizliklə bağlı bəzi qadağaları bütün kəndlər üzrə kollektiv fəaliyyət göstərməyə imkan vermir. Ona görə də hər kənd üzrə fəallardan ibarət xeyriyyə icmaları yaradılmalıdır. Çünki kəndin fəalları ehtiyacı olan insanları daha yaxından tanıyırlar.

    Biz bu təhlükəni aradan qaldırmaq üçün ilk əvvəl dövlətimizə, dövlətimizin başçısı İlham Əliyev cənablarına, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya inanırıq. Dövlətimizin gücü və xalqımızın birliyi bizi qalib edəcəkdir".
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər