İcra Hakimiyyətinin binasına giriş qadağan edilib. Artıq icra başçısı və bir neçə müavini saxlanılaraq Bakıya gətirilib. Bu haqda xəbəri "Qafqazinfo" saytı yayıb.
Asiya.az Mahir Quliyevin "wikipedia"da yerləşdirilən tərcümeyi-halını təqdim edir:
Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. Ali təhsillidir. "Naxçıvan" universitetini bitirmişdir. 1977-1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyətinə 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlamışdır.
Hərbi xidmətdən qayıtdıqdan sonra 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışmışdır. 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilmiş və 08.09.2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutmuşdur.
08.09.2006-26.04.2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin Başçısı vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.