“7000 manat pulumu ələ keçirərək qaytarmaq istəmir” – Ucar sakini İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Ucar Regional Şöbəsinin rəisindən şikayətçidir

“7000 manat pulumu ələ keçirərək qaytarmaq istəmir” – Ucar sakini İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Ucar Regional Şöbəsinin rəisindən şikayətçidir
  • Araşdırma / Olay

  • “İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Ucar Regional Şöbəsinin rəisi İlqar Xıdırov vəzifə səlahiyyətlərindən sui-istifadə edib mənim 7000 manat pulumu ələ keçirərək qaytarmaq istəmir”.

    Bu sözlər Ucar rayonu Şıxəli Qurbanov küçəsi ev 6 ünvanında yaşayan İslamov Cavid Şərafəddin oğlu tərəfindən Asiya.az-a daxil olan şikayət məktubunda yazılıb.
    Şikayətçi bildirir ki, 23 mart 2015-ci il tarixdən 20.02.2021-ci il tarixə kimi 6 il İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Ucar Regional Şöbəsində baş çavuş vəzifəsində işləyib.

    “İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Ucar Regional Şöbəsinin rəisi İlqar Xıdırov məni mühafizə zabiti işinə keçirmək üçün 2020-ci ilin oktyabr ayında məndən 7000 manat pul aldı. Hər dəfə tez bir zamanda işin düzələcək deyə-deyə məni aldadıb nə vəzifəyə təyin etmədi nədə ki, pulumu geri qaytarmadı. Sonda da məni hədəlyib dedi ki, mən idarənin rəisiyəm sənə yox mənə inanacaqlar hara istəyirsən şikayət et.
    Mən belə bir korrupsionerlə işləməyin çətin olmasını bilib 20 fevral 2020-ci il tarixdə öz ərizəmlə işdən çıxdım.”

    Şikayətçi daha sonra yazır, “Qeyd edim ki, İlqar Xıdırov öz vəzifə mövqeyindən sui-istifadə edib korrupsiya əməlləri ilə məşğul olur. İdarənin avtomobillərinə ayrılan dizel yanacağı saxtakarlıqla şişirdilərək satdırılır. İdarəyə məxsus 15 ədəd xidməti Pikap markalı avtomobillərinə saxtakarlıq edilib sənəddə qeyd edilir ki, hər 100 km məsafəyə 13 letr dizel sərf edir, ancaq əslində həmin maşınlar 100 km-ə 5 litr yanacaq sərf edir. Bu minvalla hər gün dizel yanacağı "Azpetrol" Yanacaq Doldurma Məntəqəsindən avtomobillərə doldurulub İdarənin həyətində yanacaq çənlərindən çıxarılaraq kənd texnikalarına litri 60 qəpiyə satılır. Bu minvalla İlqar Xıdırov bir ay ərzində yüzlərlə ton yanacaq satıb dövləti aldadıb küllü miqdarda vəsaiti talan edir.

    Həmçinin mövsümü keçid zamanı idarənin təmiri üçün ayrılan pulu İlqar Xıdırov mənimsəyib, təmiri işçilərin vəsaiti hesabına etdirir.
    İlqar Xıdırovun oğlu və özü dəyəri 100 min manatdan çox olan avtomobil idarə edirlər.

    Belə bir korrupsionerin bu vəzifədə işləməsi dövlət adına ləkədir. Mənim mərhum atam Şərafətddin İslamov 1-ci qrup Qarabağ müharibəsi əlili olub. Polis zabiti vəzifəsində şərəflə işləyib şanlı polis adını həmişə uca tutub.”

    Şikayətçi sonda ölkə başçısına müraciət edərək, İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Ucar Regional Şöbəsinin rəisi İlqar Xıdırovun barəsində ciddi tədbirlər görüb onu məsuliyyətə cəlb edilməsini istəyib.

    İddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
    Asiya.az

    PAYLAŞ:

    Oxşar xəbərlər