Oqtay Gülalıyevin oğlu qəzaya düşdü - vəziyyəti necədir?

Oqtay Gülalıyevin oğlu qəzaya düşdü - vəziyyəti necədir?
  • Manşet / Olay

  • Dünən axşam saatlarında tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev avtomobil qəzası keçirib.

    Asiya.az
    xəbər verir ki, dünən gecə baş verən qəzadan sonra Təbriz Gülalıyev xəstəxanaya yerləşdirilib.

    Oqtay Gülalıyevin oğlu Əli Gülalıyev qardaşı ilə bağlı bildirib ki, Təbriz keçirdiyi ağır avotoqəzada baş nahiyəsindən və ayağından güclü zərbə alıb. “Hazırda Təbrizin durumu stabildir. TƏBİB-in göstərişi ilə uyğun bilinən Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Lazım olan hər şey həkimlər tərəfindən edilir”.

    Əli Gülalıyev onlara dəstək verdiklərinə, prosesi diqqətdə saxladıqlarına, habelə insanların dualarına görə, təşəkkür edib.

    Qeyd edək ki, Oqtay Gülalıyev ölkənin ən aparıcı hüquq müdafiəçilərindən biri olub. O, 2019-cu ilin oktyabr ayında avtoqəza keçirib. Nəticədə, aldığı kəllə-beyin travmasından sonra koma vəziyyətinə düşüb. Gülalıyev hazırda ev şəraitində müalicə alır, onun səhhətində bir sıra irəliləyişlərin olduğu bildirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər