Torpağa bağlı kişi - Ayıq Səmədovun yazısı

Torpağa bağlı kişi - Ayıq Səmədovun yazısı
  • Cəmiyyət

  • Masallı ictimaiyyətinə ağır itki üz verib. Rayonun kənd təsərrufatının inkşafında, eləcə də ətraf mühutin qorunmasında xidmətləri olmuş Zülfüqar Əziz oğlu Həşimov 25 may 2021-ci ildə vəfat edib.

    Zülfüqar Həşimov 1933-cü ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. Gəncə Kənd Təsərrüfatı Texnikumunu və Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu bitirdikdın sonra uzun illər Masallı Rayon İcraiyyə Komitəsinin yerquruluşu şöbəsinin müdiri, daha sonra Masallı rayonlararası Təbiəti Mühafizə Komitəsinin rəisi, Təklə kəndindəki sovxozun direktoru işləmişdir.
    Z. Həşimov rayonda tanınan yer - quruluşu mütəxəssisi olaraq rayonun əkinə yararlı və yararsız, eləcədə digər kateroriiyalı torpaqların xəritələşdirilməsində xidmətləri danılmazdır.
    Z. Həşimov ömrünün ahıl vaxtlarında da torpaqda çalışmaqdan yorulmamış, böyüdüb boya-başa çatdırdığı 11 övladını bu ruhda tərbiyə edərək, 6 oğul övladının hamısının ali təhsil almasına nail olmuşdur.

    2002-ci ildə Həcc ziyarətində olmüşdur.
    Hacı Zülfüqar uşaq yaşlarından ibadətlə məşğul olub, rəhbər vəzifələrdə çalışdığı illərdə də ibadətindən yayınmamışdır. Xeyir-şər adamı idi. Tanıyıb bildiyi bütün yas mərasimlərində iştirakını vacib əməl sayırdı.

    Hacı Zülfüqarının mənimlə həmyaşıd oğlu İsmayılla uşaqlıq dostu olmuşuq və dostluğumuz bu gün də davam edir. Məhz bu səbəbdə bu isti ocaqda çox olmuşam. Hacının mənimlə xoş rəftarını və onun həyat yoldaşı Püstə xalanın (Allah sağlam ömür versin) bişirdiyi ləziz yeməkləri çox dadmışam. Bu ailə mənə doğmalarım qədər əzizdir. Masallıda İcraiyyə Komitəsində işə düzəldiyimi eşidən Hacı Zülfüqarın necə sevindiyini və öyüd-nəsihətini bu gün də xatırlayıram...
    Mərhumun ailəsinə, doğmalına baş sağlığı verir və Allahdan rəhmət diləyirəm.
    Məkanı cənnət olsun.
    Ayıq Səmədov
    PAYLAŞ:

    Oxşar xəbərlər