Final mərhələsinin ən yaxşı qolu bəlli oldu - Millətlər Liqası

Final mərhələsinin ən yaxşı qolu bəlli oldu - Millətlər Liqası
  • İdman

  • UEFA Millətlər Liqasının final mərhələsinin ən yaxşı qolu açıqlanıb.

    Asiya.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Fransa yığmasının futbolçusu Kərim Benzamanın finalda İspaniya seçməsinə vurduğu top ən yaxşı seçilib.

    34 yaşlı hücumçu 66-cı dəqiqədə fərqlənib.

    Qeyd edək ki, rəqibini 2:1 hesabı ilə üstələyən Fransa yığması Millətlər Liqasının qalibi olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər