Şəhid baş leytenant Sahib Şirəliyevin xatirə günüdür - VİDEO

Şəhid baş leytenant Sahib Şirəliyevin xatirə günüdür - VİDEO
  • Manşet / Hərb

  • “Azərbaycan Bayrağı” ordenli, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medallı şəhid baş leytenant Sahib Yusif oğlu Şirəliyevin anım mərasimi keçirilib.


    Asiya TV xəbər verir ki, mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak ediblər.


    Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, 
    Sahiblərin qanının yerdə qalmadığından söhbət açıb.

     

    O bildirib ki, bütün şəhidlərin ruhu, onlarının ata və analarının qarşısında baş əyirəm. 

     

    Din xadimləri şəhidlik məqamının ucalığından danışıb, şəhid zabitin ruhuna dualar oxuyublar. 

    PAYLAŞ:

    Oxşar xəbərlər