Vətən Müharibəsi şəhidləri Pərviz Ələsgərov və Arzu Zeynalov anıldı - FOTOLAR

Vətən Müharibəsi şəhidləri Pərviz Ələsgərov və Arzu Zeynalov anıldı - FOTOLAR
  • Sosial

  • Daşkəsən Şəhidlər Xiyabanında keçirilən Vətən Müharibəsi şəhidləri çavuş Ələsgərov Pərviz Lətif oğlunun və əsgər Zeynalov Arzu Rövşən oğlunun anım mərasimlərində Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon bölməsinin rəisi, Şəhidlərin valideynləri, rayonun şəhid anaları, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.


    Asiya.az xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub, məzarlarına güllər düzülüb.


    Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev şəhidlərin valideynlərinə başsağlığı verib, səbir diləyib. Əhəd Abıyev çıxışında Şəhidlərin həyat və döyüş yolundan danışıb. Qeyd edib ki, Ələsgərov Pərviz Lətif oğlu 1984-cü ildə Yuxarı Daşkəsən qəsəbəsində andan olub. 


    O, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, qəhrəmancasına vuruşub, şəxsi igidlik və şücaət göstərib. Pərviz Ələsgərov 2020-ci il oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış, 2020-ci il noyabrın 24-də  Daşkəsən rayonunun Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Prezident cənab  İlham Əliyevin sərəncamlarına əsasən şəhid Pərviz Ələsgərov "Vətən uğrunda", "İgidliyə görə", “Döyüşlərdə fərqlənməyə görə” və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

    Zeynalov Arzu Rövşən oğlu 1999-cu ildə Daşkəsən rayonunda anadan olub. O, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, qəhrəmancasına vuruşmuş, şəxsi igidlik və şücaət göstərmişdir. Əsgər Arzu Zeynalov 2020-ci il oktyabrın 2-də  Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış, 2020-ci il noyabrın 24-də  Daşkəsən  Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Prezident cənab  İlham Əliyevin  müvafiq sərəncamlarına əsasən şəhid Arzu Zeynalov "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.


    Şəhid Pərviz Ələsgərovun atası Lətif Ələsgərov, anası Aybəniz Ələsgərova, şəhid Arzu Zeynalovun atası Rövşən Zeynalov, anası Bəsdi Zeynalova ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.





    PAYLAŞ:

    Oxşar xəbərlər