Qubaya 25 santimetr qar yağıb

Qubaya 25 santimetr qar yağıb
  • Sosial

  • Dekabrın 21-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

    Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən Asiya.az-a bildirilib ki, Qubanın Qrız kəndində 25, Xınalıqda 17, Xaltanda isə 13 santimetr hündürlüyündə qar qeydə alınıb. Qusarın Yasab kəndinə 15, Xızının Altıağac qəsəbəsinə isə 6 santimetr hündürlüyündə qar yağıb. Quba rayon mərkəzində 5 santimetr qar var.
    Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Kənddə temperatur mənfi 8 dərəcəyədək enib.
    PAYLAŞ:

    Oxşar xəbərlər