Yeni sosial islahatların miqyası

Yeni sosial islahatların miqyası
  • Sosial

  • Müstəqilliyiniilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində möhtərəm Prezidentimiz İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır.Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır.Son illərdə həm sosial, həm infrastruktur sahələrində, insanların rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılmışdır.İqtisadi və sosial sahədə aparılan siyasət rəqəmlərdə də özünü büruzə verir. Beləliklə . İmzalanmış yeni Fərman və Sərəncamlar ilə müavinət və təqaüdlərin artırılması, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması, əlilliyi olan şəxslərə verilən müavinətlərin, müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət və bunun kimi digər təqaüd və müavinətlər artırıldı.Bundan əlavə təhsil işçilərinin əmək haqqlarının artırılması ölkədə təhsilə və müəllimə olan diqqət və qayğının olmasını bir daha sübut edir.Sosial islahatlar paketinin vacib məqamlarından biri Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsidir.Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edən Prezident İlham Əliyev demişdir: "Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib. Əhalinin rifahına xidmət edən bütün bu addımlar eyni zamanda dövlət başçısının rəhbərliyi ilə ölkə iqtisadiyyatının dinamik inkişafı istiqamətində aparılan islahatların uğurlu nəticələri, dayanıqlı iqtisadi tərəqqi hesabına əldə edilən imkanlar hesabına atılır. Bütün sadalananlar Prezident İlham Əliyevin sosial islahatlar proqramı nəticəsində Azərbaycanın sosial inkişafında davamlı irəliləyişlərlə xarakterizə olunan yeni keyfiyyət mərhələsinə keçildiyini göstərir və ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə əminlik yaradır.

    Qoşqar Əliyev - Masallıı rayonu, Təzə Alvadı kənd sakini.
    PAYLAŞ:

    Oxşar xəbərlər