18 yaşlı gəncin ürəkdağlayan görüntüsü - VİDEO

18 yaşlı gəncin ürəkdağlayan görüntüsü - VİDEO
  • Sosial

  • 18 yaşlı Dağlar Mirzəyev uşaq evindən ayrılıb və 1 ildir ki, küçələrdə yaşayır.

    Asiya.az
    xəbər verir ki, bu barədə tanınmış aparıcı, Əməkdar artist Nailə İslamzadə Feysbuk səhifəsində paylaşım edib.

    "Küçədə gedərkən bir səs eşitdim: "kömək edin". Bir gənc yalvaran gözləri ilə üzümə baxırdı. "Acam" dedi. 16-17 yaşında uşaq evindən çıxıb, atılmışlardandır. Küçədə və icazə versələr, bloklarda yatır. 20 il əvvəl "Ailələr, talelər" verilişini hazırlayarkən belə uşaqları xahiş-minnətlə yataqxanalara yerləşdirirdik. Uşaq evində onları orta məktəbi bitirənə qədər saxlayırlar, sonra isə evləri küçələr olur. Burada qanunlarda boşluq var. 16-17 yaşında kimsəsiz bir qız və oğlan özü üçün düzən qura bilərmi? Heydər Əliyev Fondu onlar üçün Masazırda evlər tikib və tikməkdə davam edir, təqdirəlayiqdir. Əksəriyyəti ev-eşik sahibi olub. Amma görünən odur ki, hamı bundan yararlana bilmir. Bu cavan üçün qəlbim sızıldadı. Kim ona elə bir iş tapa bilər ki, gecə də qalmağa yeri olsun", - N.İslamzadə bildirib.

    Qeyd edək ki, Dağlar Mirzəyev hazırda "Nizami" kinoteatrı ilə üzbəüz keçidin yanındakı binanın blokunda, 2-ci mərtəbədə gecələyir.
    PAYLAŞ:

    Oxşar xəbərlər