"Türkiyə-NATO münasibətləri" monoqrafiyası oxuculara təqdim edildi

"Türkiyə-NATO münasibətləri" monoqrafiyası oxuculara təqdim edildi
  • Sosial

  • Tarix elmləri üzrə fəlsəfə doktoru Hüseyn Abdulrəhman oğlu Hüseynlinin "Türkiyə-NATO münasibətləri (1991-2016-cı illər)" yeni monoqrafiyası oxuculara təqdim edilib. Moniqrfiyada həmin illər kəsiyində Türkiyə-NATO münasibətlərinin xronoloji amilləri, inkişaf strategiyası, eləcə də qarşıda duran prespektivlər araşdırılıb.

    Monoqrafiyada həmçinin Avropada NATO-nun rolunun güclənməsi, eləcə də Türkiyənin NATO üzvləri ilə işgüzar əlaqələri, beynəlxalq terrorizmə qarşı birgə əməkdaşlıq, sülhməramlı əməliyyatlarda Türkiyənin mövqeyi və rolu elmi əəsaslarla işıqlandırılmışdır.

    Geniş oxucu və tələbələr üçün nəzərdə tutulan elmi moniqrafiyanın elmi redaktoru millət vəkili, AMEA-nin müxbir üzvü, professor Musa Qasımlı, rəyçilər tarix elmləri doktoru, professor A. Abbasbəyli və tarix elmləri doktoru, dosent S.Seyidovadır.

    Hüseyn Hüseynli Masallı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra elmi fəaliyyətlə məşğul olur. BDU-nun rektorunun köməkçisi vəzifəsində çalışan həmyerlimizə elmi fəaliyyətində uğurlar arzulayırıq.

    Ayıq Səmədov

    PAYLAŞ:

    Oxşar xəbərlər