Vüqar Bayramov Azərbaycan xalqını təbrik etdi

Vüqar Bayramov Azərbaycan xalqını təbrik etdi
  • Sosial / Manşet

  • Milli Məclisin deputatı Vüqar Bayramov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
     

    Asiya.az xəbər verir ki, Millət vəkili bununla bağlı "Facebook” hesabında paylaşım edib.

    "
    Əziz həmvətənlilərim!

    Artıq 2021-ci ilin son günüdür. Bu il koronavirus pandemiyası ilə mübarizə davam etsə də Zəfər Bayramının birinci ilini qeyd etməyimiz hər zaman yaddaşlarımızda qalacaq. 44 günlük Şanlı Vətən Müharibəsi bir daha təsdiq etdi ki, birliyimiz və həmrəyliyimiz zəfərlərimiz üçün vacib şərtlərdəndir. 

    Birliyimizin, həmrəyliyimizin hər zaman sarsılmaz və əbədi olması diləyi ilə hər birinizi 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəylik günü və qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edirəm. 

    Könlünüzdən fərəh, üzünüzdən təbəssüm, qəlbinizdən həmrəylik əskik olmasın.

    Bayramlarınız mübarək! - paylaşımda qeyd edilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər