Köhnə minik avtomobillərinə görə aksiz dərəcələri artırılıb

Köhnə minik avtomobillərinə görə aksiz dərəcələri artırılıb
  • Sosial / Manşet

  • Bu gündən mühərrikinin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri artırılır.

    Asiya.az
    -ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

    Qüvvədə olan Məcəlləyə əsasən, hazırda minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri aşağıdakı kimidir:
    Vergitutma obyektinin adıAksizin dərəcəsi
    Minik avtomobilləri:
    - mühərrikin həcmi 2000 kubsantimetrədək olduqdaMühərrikin həcminin hər kubsantimetrinə görə – 0, 30 manat
    - mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda600 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 5 manat
    - mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda5600 manat + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat
    - mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda18600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat
    - mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda53600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 70 manat
    Dəyişikliyə əsasən, mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə isə fərqli, daha yüksək aksiz dərəcələri tətbiq olunacaq:
    Vergitutma obyektinin adıAksizin dərəcəsi
    - mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda
    - mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda
    - mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda
    5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 15 manat
    20600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 40 manat
    60600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 80 manat



    Eyni zamanda idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərdə 1,2, dizel mühərrikli minik avtomobillərdə isə 1,5 yüksəldici əmsalı tətbiq ediləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər