“KONTAKT HOME” müştəriyə zay məhsul satıb, növbəti ŞİKAYƏT - FOTO

“KONTAKT HOME” müştəriyə zay məhsul satıb, növbəti ŞİKAYƏT - FOTO
  • Sosial / Araşdırma

  • Müştəri Aygün Nəcəfova “Kontakt Home”dan şikayətçidir.

    Asiya.az
    xəbər verir ki, müştəri dekabrda qabyuyan alıb. Amma yaxşı qurutmurdu və maşının içində, qabların üzərində su qalırdı. Servisə aparıldı və nəticəyə gəldilər ki, qabyuyanın içində su qalmağı normal haldır, heç bir nasazlığı yoxdur. Mən anlamıram ki, qabyuyanın içində su qalması, səbətlərinin üstündən su tökülməsi necə normal haldır.

    Bu bir yana servisə aparılarkən qutuda paketlənmiş, sənədləri, aksesuarları ilə birgə,zədəsiz yeni halda aparılıb. Hər bir nöqtəsinə diqqətlə baxılıb aparılıb, amma gətirdiklərində zədəli ,bərbad halda, qutusu, sənədsiz gətiriblər. Təhvil verib getdikdən sonra diqqətlə baxmışam ki ekranında çat, qapının aşağısı kəsik, arxasında deşiklər, böyründə cızıqlar, sürtünmələr var. Kontaktın ustası gəlib baxıb deyir ki ekrandakı çat elə belə şeydi, kəsik zavoddan olan şeydi, maşının işləməyinə heç bir problem yaratmır. Siz təhvil alanda baxardı.
    Deməli mən bu qədər pul verib bunların səhvi ucbatından zədəli maşın işlətməliyəm. 1 ayın qabyuyanını zədələyib gətiriblər. İndi də müştərini səhv çıxarırlar”.//Tia.az


    “KONTAKT HOME” məsələ ilə bağlı Asiya.az-a açıqlama verib. 


    Həmin açıqlamanı olduğu kimi dərc edirik: 

    "Müştərimiz Aygün xanımın qabyuyan məhsulu ilə bağlı sorğu Müştəri Məmnuniyyəti departamentinə daxil olan kimi dərhal araşdırılıb və öz müsbət həllini tapıb. Servis rəyində də əks olunduğu kimi, qabyuyan modellərində istifadədən sonra məhsulun içində müəyyən miqdar suyun qalması normal haldır. Belə ki, bu, məhsulun rezin hissələrinin quruyub tez zamanda sıradan çıxmasının qarşısını almaq üçündür və qüsur əlaməti deyil. Lakin diaqnostikadan sonra müştəriyə məhsul çatdırılarkən daşınma zamanı məhsulun səthində zədələnmələr olub. Müştəri bununla bağlı müraciət etdikdən sonra onun məhsulu yenisi ilə əvəzlənib. Belə olan halda, müştəriyə “zay məhsulun satışından” söhbət gedə bilməz.

     

    Göründüyü kimi, məqalədə əks olunan fikirlər həqiqəti əks etdirmir. Məsələ jurnalistika qaydalarına uyğun olaraq qərəzsiz şəkildə araşdırmadan, onlarla bağlı hər hansı dəqiq və dolğun məlumata malik olmadan qanunvericiliyin tələblərini pozmaqla şirkət və onun rəhbərliyi barəsində həqiqəti əks etdirməyən xəbər paylaşmış, bununla da şirkətin və rəhbərliyin işgüzar nüfuzuna ziyan vurmuşlar.

    “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 44-cü maddəsinə əsasən, kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.

    Həmin Qanunun 45-ci maddəsinə əsasən, təkzib, cavab və ya düzəliş rədd edildikdə bu barədə tələb etmiş şəxsə 3 gün müddətində əsaslandırılmış məlumat verilməlidir.

    AR Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən, fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.

    Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

    Həmçinin həmin Məcəllənin həmin maddəsinin 6-cı bəndində (maddə 23.6) o da qeyd olunur ki, bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.

    Məsələ ilə bağlı 2019-cu ilin oktyabrında“KONTAKT HOME” MÜŞTƏRİYƏ ZAY MƏHSUL SATIB ,NÖVBƏTİ ŞİKAYƏT –FOTO” başlığı ilə dərc olunmuş xəbərin təkzib olunmasını, həmçinin həmin xəbərin yayımlandığı bütün saytlara bu təkzib barədə məlumat verməyinizi xahiş edirik.

    Əlavə olaraq onu da diqqətinizə çatdırırıq ki, haqqında danışılan təkzib yazısı 10 gün ərzində dərc edilməyəcəyi təqdirdə, tərəfimizdən qanunvericiliyin tələblərinə uyğun qaydada məhkəməyə müraciət ediləcək və digər zəruri tədbirlər görüləcəkdir. Ümid edirik ki, yaranmış xoşagəlməz hal məhkəmə müstəvisinə çıxmadan öz aramızda dostcasına həll ediləcəkdir."

    PAYLAŞ:

    Oxşar xəbərlər