“Sığorta şirkəti bir qrup cinayətkarın əlində korrupsiya şəbəkəsinə çevrilib” - Dövlət Sığorta Kommersiya Şirkətindən ŞİKAYƏT

“Sığorta şirkəti bir qrup cinayətkarın əlində korrupsiya şəbəkəsinə çevrilib” - Dövlət Sığorta Kommersiya Şirkətindən ŞİKAYƏT
  • Sosial / Araşdırma

  • “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti bizi süründürmçiliyə məruz qoyaraq sığorta pulumuzu vermək istəmir. Sanki bu sığorta şirkəti bir qrup cinayətkarın əlində korrupsiya şəbəkəsinə çevrilib.”

     

    Bu sözlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin qanunsuz fəaliyyətindən əziyyət çəkən bir qrup vətəndaş tərəfindən Asiya.az-a ünvanlanan ŞİKAYƏT məktubunda yazılıb. 

     

    Şikayətçilər yazır:

     

    “Bu şikayəti imza edən şəxslər bir neçə aydır avtomobil qəzası nəticəsində bizə dəymiş zərərin əvəzi olaraq sığorta pulumuzu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ala bilmirik.

    Hər dəfə bir bəhanə gətirib vaxt uzadırlar. Baxmayaraq ki, tələb olunan bütün sənədləri təqdim etmişik. Bizə dəymiş ziyanı qanunsuz olaraq bir neçə dəfə azaldıblar. Bu sığorta şirkətinin özbaşınalığından insanlar cana doyublar.

     

    - Mən Ucar rayonunun Qulabənd kənd sakini Hacıyev Rəvan Asif oğlu 2021-ci ilin noyabr ayı tarixində baş vermiş avtomobil qəzasında mənə dəymiş 1440 manat sığorta pulunu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti vermək istəmir.

    Buna görə süründürməçiliyə məruz qalmışam. Hansı ki, avtomobil qəzasından sonra bütün sənədləri Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinın Ucar filialına təqdim etmişəm.

    Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinın mənə qarşı etdiyi bu qanunsuzluq vəzifə cinayəti hesab olunur.  

     

    - Mən Şükürzadə Vüsal Xalif oğlu  25 dekabr 2021-ci il tarixdə Göyçay-Ucar avtomobil yolunda baş vermiş qəza zamanı mənə məxsus 99 TZ 610 nömrəli "FORD" markalı avtomobilimə 4000 (dörd min) manat dəymiş ziyanı Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkəti ödəmək istəmir. Nəticədə süründürməçiliyə məruz qalmışam. Hətta mənə 4000 manat ziyan dəysə də sığorta şirkəti mənə dəymiş ziyanı qanunsuz olaraq azaldaraq 2500 manat təyin etmişdir. 

     

    - Mən 25 dekabr 2021-ci il tarixdə Göyçay-Ucar avtomobil yolunda baş vermiş avtomobil qəzası zamanı mənə məxsus 10 UV 949  nömrəli VAZ-2107  markalı avtomobilimə 1100 (bir min yüz) manat dəymiş ziyanı Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkəti ödəmək istəmir. Dəfələrlə 

    sığorta şirkətinin filialına getsəmdə pulumu vermək istəmirlər.

     

    Biz Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinin bu qanunsuzluğu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmova, Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlova müraciət etmişik. Ancaq heç bir tədbir görülməyib. Bizə bir dəfə zəng edib sual-cavab edib işlərini bitmiş hesab ediblər.

     

    Ərizəmizi araşdırıb bizi süründürməçiliyə məruz qoymuş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti barədə tərdbir görülməsində və sığorta pulumuzu düzgün hesablanıb tez bir zamanda ödənilməsində bizə kömək etməyinizi xahiş edirik.

     

     

    1. Hacıyev Rəvan Asif oğlu Ucar rayonu Qulabənd kənd sakini, Əlaqə telefonu; 050 478-66-88

     

    2. Şükürzadə Vüsal Xalif oğlu  Ucar rayonu H.Aslanov küçəsi ev 31 sakini, Əlaqə telefonu; 055 672-01-58

     

    3. İbrahimov Fariz Oktay oğlu Göyçay rayonu Müskürlü kənd sakini, Əlaqə telefonu; 051 429-40-64”

     

    Asiya.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


    PAYLAŞ:

    Oxşar xəbərlər