Prezident üç il əvvəl 5 milyon ayırıb, amma Sumqayıt stadionu hələ də hazır deyil

Prezident üç il əvvəl 5 milyon ayırıb, amma Sumqayıt stadionu hələ də hazır deyil
  • Sosial / Araşdırma

  • 3-4 aya tikiləsi stadion 3 ildir tikilmir…
    Sumqayıtda inşası yubanan Mehdi Hüseynzadə adına şəhər stadionunun tikintisi ilə bağlı iddialar səslənməkdədir. 

    Asiya.az bildirir ki, azarkeş tutumu 16 min nəfərlik olması planlaşdırılan stadion xeyli vaxtdır tikilib başa çatmır. Halbuki, dövlət başçısının sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə  2019-cu ildə 5 milyon manat ayrılıb.

    Lakin 2022-ci ildir,stadionun ətrafında müəyyən xırda-para abadlıq işləri aparılsa da  stadionun inşası hələ də yekunlaşmayıb. Məlumatlar var ki, 5 milyonluq vəsaitin istifadəsində mənimsəmələrə yol verilib və indi maliyyə çatışmazlığı yaşanır. Ona görə 3 ildir stadion təmir edilmir.İş icraçıları, mətbuata açıqlamasında stadionun birinci  qrafik üzrə 2020-ci ilin mayında ,sonra isə 2021-ci ildə tikilib təhvil verilməsini bəyan etsələr də stadion faktiki olaraq tikilib qurtarmayıb.
    Sumqayıt əhalisinin səbirsizliklə  gözlədiyi stadiona ayrılan məbləğin korrupsiyanın qurbanı olması göz, qabağındadır. Tikinti üçün lazım olan büdcə vəsaiti ayrıldığı halda stadionun tikintisinin maliyyə problemlərindən yubanması heç cürə  başadüşülən deyil.
    Xatırladaq ki, bir çox beynəlxalq oyunlara, çempionatlara, kuboklara,yarışlara şahidlik edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 1966-cı ildə istifadəyə verilib.  Son olaraq isə 2011-ci ildə meydandançada kosmetik təmir işləri aparılıb, 2020-ci ilin yanvarında təzədən tikilməsi üçün sökülüb. Müasir tələblərə cavab verən Sumqayıt şəhər stadionunun açılışı böyük futbol ənənələri olan şəhərdə futbolun,ümumiyyətlə idmanın inkişafına səbəb ola bilən əlamətdar hadisə sayıla bilər.

    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun planı
    Faktiki olaraq 500 minlik şəhərdə standarta uyğun stadion yoxdur. Sumqayıtın , Azərbaycan Premyer Liqasında oynayan, əsas futbol komandası  “Sumqayıt” FK da  tamaşaçı tutumu  təxminən 1400 olan “Kapital Bank Arena” da oynamaq məcburiyyətindədir ki, bu stadion da təlabatı ödəmir.
    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun direktoru Nadir Quliyev məsələ ilə bağlı deyib ki, işlərin bir qismi yekunlaşıb. O, maliyyə ilə bağlı gecikmələrin olduğunu təsdiqləyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər