Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb – VİDEO

Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb – VİDEO
  • Hərb

  • 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

    Bu barədə Asiya.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
    İcra olunan çalışmalarda əsas məqsəd sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərini, eləcə də tuşlayıcı operatorların texnikadan hərəkətdə və dayanaraq atəş açma bacarıqlarını təkmilləşdirməklə bərabər, mexanikləşdirilmiş və tank bölmələrinin döyüş hazırlığının daha da yüksəldilməsidir.

    Çalışmalarda qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər