"Oğurlanmış talelər" tamaşası Masallı Xalq Teatrında - FOTOLAR

"Oğurlanmış talelər" tamaşası Masallı Xalq Teatrında - FOTOLAR
  • Mədəniyyət

  • Xocalı soyqırımının ildönümü çərçivəsində Masallı Xalq teatrında "Oğurlanmış talelər" tamaşası oynanılıb. 

    Asiya.az
     xəbər verir ki, yazıçı-publisist Nurəddin Ədiloğlunun eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşada Masallı və Biləsuvar Xalq teatrlarının kollektivi, elcə də Masallı Dövlət Regional Kollecinin tələbələrindən ibarət həvəskar aktyorlar rolları ifa ediblər. 

    Masallı rayon Mədəniyyət Mərkəzində həyata keçən səhnə tədbirində rəsmi şəxslər, Masallı rayonu Ərkivan qəsəbəsində yaşayan Xocalı köçkünləri, ziyalılar, media nümayəndələri və rayon sakinləri tamaşaçı kimi iştirak ediblər. 

     

    Təqdimatdan öncə qonaq və yerli rəsmilər Masallı Regional Mədəniyyət İdarəsinin foyesində yeniyetmə və gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxıblar. 

     

    Ölkəmizin ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş Vətən oğullarının əziz ruhları ehtiramla yad edildikdən sonra səhnə ifalarına başlanılıb.

     

    Tamaşada erməni qəsbkarları tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş amansız cinayətlər surətlərin timsalında bədii ustalıqla əks etdirilib. Eyni zamanda, teatr kompozisiyasında qələbəyə və işıqlı sabaha güclü inam ifadə olunub.

     

    Tamaşanın rejissoru Cəmaləddin Əliyev, səhnə tərtibatçısı Elsevər Əliyev, musiqi tərtibatı Ruslan Zahidova aiddir.

     

    Qeyd edək ki, tamaşa bir gün öncə Biləsuvar rayonunda nümayiş edilib.














    PAYLAŞ:

    Oxşar xəbərlər