İqtisadçı, şəhər meri və... - Ermənistanın yeni prezidenti HAQQINDA bilmədiyimiz GİZLİNLƏR

İqtisadçı, şəhər meri və... - Ermənistanın yeni prezidenti HAQQINDA bilmədiyimiz GİZLİNLƏR
  • Siyasət / Manşet

  • Bu gün Ermənistanın yeni prezidenti seçilib.

    İkinci cəhddə beşinci dövlət başçısını seçilən Vahan Xaçatryanın aktiv siyasi fəaliyyətdə olmaması bir sıra sualların yaranmasına səbəb olub. 

    Asiya.az Vahan Xaçatryanın avtobioqrafiyasını əldə edib. Həmin məlumatları təqdim edirik:

    Yeni prezident 1980-1981-ci illərdə Sovet ordusunda xidmət edib. Hərbi xidmətini bitirəndən sonra o, 1981-1989-cu illərdə "Razdanmaş" İstehsalat Birliyində iqtisadçı işləyib. Bundan sonra əmək fəaliyyətini 1989-1992-ci illərdə "Mars" dövlət müəssisəsində şöbə müdiri və baş direktor müavini çalışaraq icra edib. 

    Xaçatryanın 1992-1996-cı illərdə İrəvan meri və Ermənistan prezidentinin müşaviri funksiyalarını icra edib.

    1996-1999-cu illərdə "Respublika" fraksiyasının üzvü kimi deputat olub. 

    2000-ci ildə ARMAT Demokratiya və Vətəndaş Cəmiyyətinin İnkişafı Mərkəzini təsis edib. 

    2002-ci ildə Siyasi Elmlər, Hüquq və İqtisadi Araşdırmalar Mərkəzinin vitse-prezidenti kimi fəaliyyətə başlayıb.
     
    2006-cı ildə "Aylyntrank" ictimai-siyasi təşəbbüsünün qurucularından olub.

    2019-2021-ci illərdə "Armekonombank"ın İdarə Heyətinin üzvü olub. 

    2021-ci ildə yüksək texnologiyalar naziri təyin edilib.

    Xatırladaq ki, bu ilin yanvar ayında Ermənistan pezidenti Armen Sarkisyan istefa vermişdi. Onun baş nazir Nikol Paşinyanla ciddi konfilikləri və fikir ayrılıqları olduğu bildirilirdi. 
    PAYLAŞ:

    Oxşar xəbərlər