ABŞ-ın İraqdakı bazasına raket hücumu oldu

ABŞ-ın İraqdakı bazasına raket hücumu oldu
  • Hərb

  • İraqın Səlahəddin əyalətində ABŞ və digər xarici hərbçilərin yerləşdiyi hərbi bazası ətrafına raket hücumları həyata keçirilib.

    Bu barədə Asiya.az "Report"a istinadən xəbər verir.

    "Terrorla mübarizə aparan İraq təyyarələrinin yerləşdiyi Beled Hərbi Bazasının ətrafına 4 raket zərbəsi endirilib", - İraq hökumətinin yaydığı açıqlamada bildirilir.

    Hadisə nəticəsində insan və ya maddi tələfat qeydə alınmayıb.

    Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər