Azərbaycanda bir sıra avtomobillər ucuzlaşdı

Azərbaycanda bir sıra avtomobillər ucuzlaşdı
  • İqtisadiyyat

  • Azərbaycanda mühərrik gücü 2,4 kubmetrədək olan və istehsal ili 2014 və 2020-ci illər arası avtomobillərə tələb yüksəlib.

    Asiya.az
    "Trend"ə istinadən xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən məlumat verilib.

    Qeyd edilib ki, həmin avtomobillərin qiymətində 4 faiz artım qeydə alınıb. Yeni istehsal olunan hibrid avtomobillərin qiyməti 7 faiz azalsa da, istehsal ili köhnə olan və xüsusən də Yaponiyada istehsal olunan hibrid avtomobillərdə 5 faizə yaxın qiymət artımı müşahidə olunub.

    Mühərrik gücü yüksək olan və daha Avro-5 standartlı benzindən istifadə edilən avtomobillərin qiymətləri 3,5 faiz aşağı düşüb. Ay ərzində həmin avtomobillərə tələbin azalması müşahidə olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər