“Müraciətimizə baxmırlar” - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən ŞİKAYƏT (VİDEO)

“Müraciətimizə baxmırlar” - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən ŞİKAYƏT (VİDEO)
  • Sosial / Araşdırma

  • Ucar şəhəri Babək küçəsi ev 6 ünvanında qeydiyyatda olan İbrahimov Mikayıl Hüseyn oğlu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən və 13 saylı Tibbi Sosial Ekspertiza Komissiayasından şikayətçidir.

     

    Şikayətçinin “Asiya.az”-a ünvanladığı məktubu olduğu kimi təqdim edirik:

     

    “Mənim qardaşım 25 iyul 1959-cu il tarixdə anadan olmuş İbrahimov Şahin Hüseyn oğlu anadangəlmə şikəst doğulub. Buna görə o əlil hesab edilib və təqaüd alıb. Qardaşım hazırda tam iflic vəziyyətində olmaqla hərəkət edə və danışa bilmir. Onda həmçinin əqli gerilik xəstəliyi də var.

     

    Bir neçə aydır ki, qardaşımın əlillik müddəti bitib. Yataq xəstəsi olduğu üçün onu xəstəxanaya müayinəyə apara bilmirik ki, sənədlərini  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərsinlər. Bunu isə Ucar rayon Xəstəxanası və 13 saylı Tibbi Sosial Ekspertiza Komissiayası etmək istəmirlər. Dəfələrlə onlara müraciətlər etsəmdə heç bir tədbir görmürlər.


    Qardaşım ağır xəstə olduğu üçün ailə həyatı qurmayıb. Ona valideyinlərim sağ olanda baxıb indi isə valideyinlərimiz vəfat edib deyə  mən və ailə üzvülərim ona baxırıq. Adam tam hərəkətsizdir danışa belə bilmir. Belə bir ağır yataq xəstəsinin əlilliyinin təkrara təyin edilməməsi qanunsuzluqdur.

    Gücümüz çatmır deyə onu tualetə apara bilmirik. Buna görə yatağına tualet edir. Çox acınacaqlı dəhşətli mənzərədir. Mənim övladım , həyat yoldaşım onun altın təmizləyir və buna görə onlar çox əziyyət çəkirlər.

     

    Sizdən xahiş edirəm nümayəndənizi göndərin gəlib baxıb müayinə etsinlər və ağır yataq xəstəsi olan qardaşım Şahin İbrahimova əlillik dərəcəsini təyin edilməsinə köməklik göstərəsiniz.

     

    Əlaqə telefonu; (050) 484-29-82

    Asiya.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

     
    PAYLAŞ:

    Oxşar xəbərlər