Lənkəranda 70 gündür itkin düşən qadının meyiti tapılıb - FOTO

Lənkəranda 70 gündür itkin düşən qadının meyiti tapılıb - FOTO
  • Cəlilabad / Lənkəran / Sosial

  • Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb.

    APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağıyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində qadın meyiti aşkarlanıb.
    Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparırlar.
    Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.
    Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma gedir.



    PAYLAŞ:

    Oxşar xəbərlər