Öncəqala kəndinin giriş qalası abidəsinin açılışı - VİDEO/FOTO

Öncəqala kəndinin giriş qalası abidəsinin açılışı - VİDEO/FOTO
  • Sosial / Manşet

  • Masallı rayonunun Öncəqala kəndinə giriş qalası abidəsinin açılışı olub.

    “Öncəqala Xeyriyyə Cəmiyyəti” tərəfindən inşa edilən giriş qalası abidəsi maraqlı arxitektura üslubu ilə seçilir və kəndin qədimliyindən, bu məkanın qalalı yer olmasından xəbər verir.

    Asiya TV xəbər verir ki, açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, ziyalılar, ağsaqqallar, media nümayəndələri iştirak ediblər.

    İcra başçısı Şahin Məmmədov kəndə giriş qapısının tikilməsinda əməyi keçən insanlara, kənd icmasının üzvlərinə minnətdarlığını çatdırıb.
    Sonra giriş qalası abidəsinin açılışını bildirən rəmzi lent kəsilib.

    Öncəqala kəndi öz ziyalıları, mədəniyyət xadimləri ilə yanaşı xeyriyyəçiləri ilə də tanınan kəndir. Kənd xeyriyyə icması silsilə xeyriyyə aksiyaları keçirir. 
    Ötən il kəndin mərkəzi hissəsində Öncəqaladan şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilən “Qarabağ şəhidləri” abidə-kompleksinin açılışı olmuşdu. 
    Abidə Sankt-Peterburqda yaşayan iş adamı Əliyev Arzu Abbas oğlunun şəxsi vəsaiti hesabına inşa edilib. Abidə kompleksindəki “Şəhidlər bulağı” və bağın salınması Kərbəlayi Mirhadi Hüseynovun, küçə işıqları isə Hacı Adışirin Məmmədovun maliyyə dəstəyi ilə ərsəyə gəlmişdir. 

    Qeyd edək ki, “Qarabağ şəhidləri” abidə-kompleksi və “Öncəqala qalası” abidəsinin eskizləri tanınmış rəssam Ehtiram Məmmədova məxsusdur.
    PAYLAŞ:

    Oxşar xəbərlər